AZƏRBAYCAN XƏBƏRLƏRİ

Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən formalaşdırılıb

“Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yaradılması haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yaradılması haqqında” qərar layihələrinə baxılıb
Sputnik
BAKI, 1 fevral - Sputnik. Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən formalaşdırılıb.
“Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yaradılması haqqında” qərar layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Milli Məclisin İntizam komissiyası aşağıdakı tərkibdə yaradılıb:
1. Ağamalı Fəzail Rəhim oğlu,
2. Həsənov Nurlan Urfan oğlu,
3. Həsənova Afət Əbil qızı,
4. İbrahimqızı Məlahət İbrahim qızı,
5. İbrahimov Eldar Rza oğlu,
6. Məhəməliyev Nəsib Məhəmməd oğlu,
7. Məmmədov Hikmət Baba oğlu,
8. Məmmədov Məşhur Şahbaz oğlu,
9. Möhbalıyev Səttar Suliddin oğlu,
10. Musayev Madər Əliəsgər oğlu,
11. Səfərov Nizami Abdulla oğlu.
Qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Yenidən formalaşdırılan İntizam komissiyasının üzvləri daha sonra sədr seçəcəklər.
Qeyd edək ki, İntizam komissiyası bundan əvvəl də eyni tərkibdən ibarət olub. Komissiyaya Eldar İbrahimov sədrlik edib.
Milli Məclisin Hesablayıcı komissiyasının tərkibi də yenidən formalaşdırılıb.
“Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yaradılması haqqında” qərar layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Hesablayıcı Komissiya aşağıdakı üzvlərdən formalaşdırılıb:
1. Allahverdiyev Elnur Marat oğlu
2. Əliyev Rauf Asif oğlu
3. Hacıyev Emin Məcid oğlu
4. Hüseynova Sevinc Əmirəhməd qızı
5. Quliyev Eldar Allahyar oğlu
6. Vəliyeva Sədaqət Süleyman qızı
7. Zabelin Mixail Yuryeviç.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Hesablayıcı komissiyanın üzvləri daha sonra sədr seçəcəklər.
Qeyd edək ki, Hesablayıcı komissiya əvvəl də eyni tərkibindən ibarət olub. Komissiyaya Eldar Quliyev sədrlik edib.