RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Kiyev hazırlığını göstərsə, Rusiya Ukrayna ilə danışıqlara hazırdır - Matviyenko

Rusiya Federasiya Şurasının sədri bildirib ki, ABŞ bu münaqişənin sona çatmasında deyil, onun gərginləşməsi və uzanmasında maraqlıdır.
Sputnik
BAKI, 1 fevral — Sputnik. Kiyev rejimi də hazır olduğunu göstərərsə, Rusiya Ukraynadakı vəziyyətlə bağlı danışıqlara hazırdır. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
"Bizim mövqeyimiz aydın, anlaşılan və şəffafdır. Biz vədlərə deyil, onların irəli sürməyə çalışdıqları ilkin şərtlər olmadan danışıqlara hazırıq. Danışıqlar danışıqlardır. Amma Kiyev rejimi real danışıqlara hazırdırsa, biz bunu görmürük", - Matviyenko bildirib.
O, əlavə edib ki, ABŞ-dan hücum xarakterli silahların tədarükünün artırılması heç bir halda sülhə çağırış deyil. Onun sözlərinə görə, ABŞ bu münaqişənin sona çatmasında deyil, onun gərginləşməsi və uzanmasında maraqlıdır.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.