BAKI, 1 fevral — Sputnik. ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artıracağı ilə bağlı gözləntilər fonunda dünya bazarında neft qiymətləri cüzi artıb.
"Brent" markalı neftin aprel fyuçersləri 0,27% bahalaşaraq 85,69 ABŞ dollarına satılıb. "WTI" markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,41% artaraq 1 bareli 79,19 ABŞ dolları təşkil edib.
Ekspertlərin əksəriyyəti ABŞ-da maliyyələşdirmə dərəcəsinin yenidən 0,25 faiz bəndi artarılaraq illik 4,5-4,75%-ə çatacağını gözləyir.
Digər tərəfdən treyderlər "OPEC+" Nazirlərinin Birgə Monitorinq Komitəsində hansı qərarların qəbul ediləcəyini gözləyirlər. Hazırda "OPEC+" Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasları iki aydan bir, bütün "OPEC+" üzvlərinin iclası isə altı aydan bir keçirilir. Növbəti iclasların müvafiq olaraq fevralın 1-i və iyunun 4-də keçirilməsi nəzərdə tutulub (Report).