RUSİYA

Zaxarova: "Onlar məsuliyyət daşımalıdırlar"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Ukrayna ətrafında bütün vəziyyət ABŞ-ın təxribatı üzərində qurulub.
Sputnik
BAKI, 31 yanvar — Sputnik. Qərb tədricən Ukrayna ilə bağlı bütün vəziyyətin mərkəzində Vaşinqtonun təxribatçı siyasətinin dayandığını anlamağa başlayıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"İndi göründüyü kimi, heç nə etmək fikrində olmayan və hər kəs üçün məcburi olmasından ötrü Təhlükəsizlik Şurasına təqdim edilmiş sənədləri nəzərdən keçirən ölkələr necə yalan danışırdılarsa, indi bunu birbaşa deyirlər. Onlar məsuliyyət daşımalıdırlar", - o, Minsk razılaşmaları ilə bağlı vəziyyəti və Fransa, İngiltərə, Almaniya və Ukraynanın bu sənədlərin Kiyevə vaxt udmaq imkanı verdiyini etiraf etmələrini şərh edərkən bildirib.
"Amma baxın, ortaya çıxır ki, Ukrayna ətrafında bütün vəziyyət ABŞ-ın təxribatı üzərində qurulub. Biz hər şeyi çoxdan başa düşmüşdük və bu barədə uzun illər çalışıb hamıya danışdıq. Bu məlumat Qərbdə artıq ekspertlərə, politoloqlara, jurnalistlərə çatır, onların da bəziləri ürkək, bəziləri isə daha təkidlə deyirlər ki, təxribat aşkardır və bu cür nəticələrə gətirib çıxarır", - deyə Zaxarova bildirib.