BAKI, 31 yanvar — Sputnik. Qrip daim mutasiyaya uğrayır və müxtəlif orqanlara, o cümlədən beyinə təsir edir. "SberZdorovye" onlayn tibbi xidmətinin nevroloqu Raziyat Çupanova xəstəlikdən sonra neyrodegenerativ ağırlaşma riskinin necə azaldılması barədə məlumat verib.
Belə xəstəliklərin inkişafında genetik, yaş, ekoloji amillər rol oynayır. Son vaxtlar getdikcə daha fəal şəkildə başqa bir amilin - xəstəliyin olduğunu deyirlər.
"Sonuncu halda qorunmanın ən etibarlı yolu peyvənddir. O, immunitet sisteminin yükünü azaldacaq, sağlam həyat tərzi isə sinir sisteminin və bütövlükdə orqanizmin kompensasiya imkanlarını artıracaq", - deyə Çupanova izah edib.
Nevroloq qripin bütün növlərinin beyinə təsir etmədiyini də vurğulayıb. Sinir sisteminə təsir edən viruslar var. Bunlara A, l, II və lll tipli herpes virusları, Epşteyn-Barr virusu, sitomeqalovirus, insan papilloma virusu daxildir.
Koronavirus həm də immunitet sisteminə təsir edərək sinir sistemini də pozur.
İmmunoloq Vladimir Bolibok "Rt" beynəlxalq telekanalına bildirib ki, qrip xroniki xəstəliklərin ağırlaşmasına və bəzən bir neçə ay davam edə biləcək immunosupressiya kimi vəziyyətin inkişafına səbəb olur.
Çox vaxt insanlar ildə bir neçə dəfə kəskin respirator virusu ilə (KRVİ) xəstələnirlər. "İNVITRO-Sibir" MMC-nin klinik diaqnostika laboratoriyasının baş həkimi, infeksionist Andrey Pozdnyakov tez-tez soyuqdəymələrin göstərə biləcəyi problemlər haqqında danışıb.
"İzvestiya" qəzeti yazır ki, həkim yuxu müddətini artırmağı, fastfud yeməklərini istisna etməyi və fiziki fəaliyyətə başlamağı məsləhət görür.
Həkim-terapevt Olqa Minina qrip vəziyyətində işə getməyin yaxşı olmadığını xəbərdarlıq edib - bu həm özünüz üçün pisdir, həm də başqaları yoluxa bilər. "360" telekanalı xəbər verir ki, insanlar bunu ciddiyə almırlar, ancaq bu bəzən ən ağır nəticələrə səbəb ola bilir.