RUSİYA

Qərbin Ukraynada artan iştirakı hadisələrin gedişatını dəyişməyəcək – Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı Qərbin Ukrayna münaqişəsində artan iştirakı və hadisələrin gedişatı ilə bağlı jurnalistlərə məlumat verib.
Sputnik
BAKI, 31 yanvar — Sputnik. Qərbin Ukrayna münaqişəsində artan iştirakı göz qabağındadır. Rusiya Federasiyası bunu nəzərə alır, lakin bu, hadisələrin gedişatını dəyişməyəcək.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı məlumat verib.
"Kollektiv Qərbin bu münaqişədə (Ukraynada) iştirakı dərəcəsinin potensial davamlı artımına gəlincə, bu, göz qabağındadır. Biz bunu nəzərə alırıq. Bir daha təkrar edirəm: bu, hadisələrin gedişatını dəyişməyə kömək etməyəcək", - deyə Peskov vurğulayıb.