BAKI, 31 yanvar — Sputnik. Qərb ölkələri Rusiya Prezidenti Vladimir Putini məğlub etmək səylərində dəlilik həddinə çatıblar.
Bu barədə "Bloomberg" yazır.
Məqalə müəllifinin fikrincə, bunu ABŞ və onun NATO müttəfiqlərinin Ukraynaya tanklar göndərməklə üzərinə götürdükləri yeni öhdəliklər sübut edir.
"Rusiyanı bu dərəcədə məğlub etmək istəyi məsələni təhlükəli və dəlilik həddinə çatdırıb. Xüsusilə də əgər Qərbin Asiya, Yaxın Şərq və Afrikadakı geosiyasi oyunlarına son qoyan qulaqbatırıcı fiaskonu xatırlasaq. Demək olar, bütün ölkələrin laqeyd qaldığı sadə bir tarixi dərs ondan ibarətdir ki, hərbi eskalasiya sülhə aparan yeganə yol kimi görünməyə başlayanda hakimiyyət səlahiyyətliləri ağıllarını daha da itirirlər", - deyə müşahidəçi xəbərdarlıq edib.
O, Ukrayna böhranı ilə bağlı siyasətə yenidən baxmağa və NATO qüvvələrinin münaqişəyə cəlb olunacağı təqdirdə mümkün eskalasiya təhlükəsini tanımağa çağırıb.