NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft FED-in iclası ərəfəsində ucuzlaşır

İnvestorlar FED-in faiz artışını ləngidəcəyini gözləyirlər. Digər tərəfdən, OPEC-in sabahkı toplantısı diqqət mərkəzində olacaq.
Sputnik
BAKI, 31 yanvar — Sputnik. Dünya birjalarında neft qiymətləri aşağı düşüb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,4 faiz azalaraq 84,85 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,45 faiz ucuzlaşaraq 77,61 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti 1,12 dollar azalaraq 87,79 dollar olub.
Qeyd edək ki, ABŞ Mərkəzi Bankının (FED) sabah açıqlayacağı faiz qərarı ərəfəsində neft qiymətləri 1,5 faizdən çox ucuzlaşıb.
İnvestorlar FED-in faiz artışını ləngidəcəyini gözləyirlər. Digər tərəfdən, OPEC-in sabahkı toplantısı diqqət mərkəzində olacaq.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2023-cü ilin əvvəlindən neft qiymətləri Çində tələbin artacağı gözləntiləri ilə yüksəlib.