AZƏRBAYCAN XƏBƏRLƏRİ

Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilib

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Sputnik
BAKI, 31 yanvar — Sputnik. Prezident İlham Əliyev S.Z.Şahverdiyevin Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Səbuhi Zəhmət oğlu Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri. Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyasının rəhbəri olub.
1996-cı ildən 2001-ci ilin sentyabr ayınadək Naxçıvan Muxtar Respublikası Daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləyib. 2001-ci ilin sentyabr ayından Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2002-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə təyin olunmuşdu.