RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Kreml xüsusi hərbi əməliyyatın başlamasının düzgünlüyünə əmindir - Peskov

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bugünkü brifinqdə xüsusi hərbi əməliyyat barədə açıqlamalar verib.
Sputnik
BAKI, 31 yanvar — Sputnik. Kreml Ukraynada xüsusi hərbi əməliyyatın başlamasının düzgünlüyünə əmindir.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bugünkü brifinqdə bildirib.
O vurğulayıb ki, xüsusi əməliyyat Donbassda yaşayan insanları xilas etmək üçün lazımdır. Eyni zamanda, Donbass respublikalarına hərbi yardım XHƏ başlamazdan əvvəl müzakirə olunmayıb.
Peskov qeyd edib ki, bu yaxınlarda Qərb və Ukrayna siyasətçilərinin Minsk razılaşmalarının Kiyevə hərbi qüdrətini artırmaqdan ötrü vaxt vermək üçün nəzərdə tutulmuş saxta olduğunu etiraf etməsi, Vladimir Putinin xüsusi əməliyyat keçirmək qərarına gələrkən hər şeyi tamamilə düzgün etdiyini təsdiqləyir.
Yanvarın 31-də Ukraynanın eks-prezidenti Pyotr Poroşenko bəyan edib ki, Minsk razılaşmaları Ukraynaya ordu qurmaq üçün 8 il vaxt verib.
Fransanın keçmiş Prezidenti Fransua Olland Almaniyanın keçmiş kansleri Angela Merkelin 2014-cü ildən sonrakı geosiyasi vəziyyətin Ukrayna üçün əlverişli olmadığı və Qərbin nəfəs almağa ehtiyacı olduğu üçün razılaşmaların Ukrayna üçün vaxt qazandığı barədə sözlərini təsdiqləyib.