DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanda partlayış baş verib, yaralananlar var

Nazirlikdən verilən məlumata görə, onlardan birinin vəziyyəti qənaətbəxşdir, ikisi orta ağır vəziyyətdə İrəvan Yanıq Mərkəzinə yerləşdirilib.
Sputnik
BAKI, 31 yanvar — Sputnik. Ermənistanın şimalında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti bildirib.
"Yanvarın 31-də Lori Regional Böhran Vəziyyətlərini İdarəetmə Mərkəzinə Vanadzor-Stepanavan avtomobil yolunda (İrəvandan 130 kilometr aralıda) yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verməsi barədə məlumat daxil olub", - nazirliyin sosial şəbəkədəki səhifəsində yayılan məlumatda deyilir.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
"Məlum olub ki, yanacaqdoldurma məntəqəsinin kompressor aqreqatının partlaması nəticəsində yanğın və qaz sızması baş verib. Yanğın söndürülüb. Üç nəfər tibb məntəqəsinə yerləşdirilib", - xilasetmə xidməti bildirib.
Nazirlikdən verilən məlumata görə, onlardan birinin vəziyyəti qənaətbəxşdir, ikisi orta ağır vəziyyətdə İrəvan Yanıq Mərkəzinə yerləşdirilib.