HADİSƏ

Bakıda əcnəbi tələbələrin yaşadığı evdə güclü partlayış baş verib: Xəsarət alanlar var

Onların Odlar Yurdu Universitetinin tələbələri olduğu və həmin evdə kirayə yaşadıqları bildirilib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Sputnik
BAKI, 31 yanvar — Sputnik. Bakının Sabunçu qəsəbəsində partlayış baş verib.
Şəhər şosesi döngə 2-dəki mənzillərin birində qaz sızması nəticəsində partlayış olub.
Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı çöküb. Hadisə zamanı evdə olan Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları 1991-ci il təvəllüdlü Phulpreet Singh və 2002-ci il təvəllüdlü Prem Sagar müxtəlif dərəcəli bədən xəsartləri alıb.
Onların Odlar Yurdu Universitetinin tələbələri olduğu və həmin evdə kirayə yaşadıqları bildirilib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)