RUSİYA

Avropada ictimai rəy Vaşinqtonun istədiyi qədər monolit deyil - Narışkin

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru bildirib ki, Donbasın müdafiəçiləri sıralarında fransız könüllülərin olması bunun əyani təsdiqidir.
Sputnik
BAKI, 31 yanvar — Sputnik. Avropa ölkələrində ictimai rəy Vaşinqtonun istədiyi qədər monolit deyil. Bu barədə Rusiya Tarix Cəmiyyətinin (RTC) sədri, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
"Bu gün Avropada ictimai rəy heç də Vaşinqtonun istədiyi qədər monolit deyil. Donbasın müdafiəçiləri sıralarında fransız könüllülərin olması, eləcə də bugünkü görüşümüz bunun əyani təsdiqidir", - o deyib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.