CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aqrar Universitetin dekanı rüşvət üstündə yaxalanıb

Respublikanın Baş Prokurorluğu Famil Nəsibovun universitetdə aparılan korrupsiya əməliyyatı çərçivəsində saxlanıldığı faktını təsdiqləyib.
Sputnik
BAKI, 31 yanvar - Sputnik. Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin​ Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu saxlanılıb.
O, rüşvət almaqda şübhəli bilinir.
Famil Nəsibovun universitetdə aparılan korrupsiya əməliyyatı çərçivəsində saxlanıldığı bildirilir.
Respublikanın Baş Prokurorluğu bu faktı təsdiqləyib.