CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirib - KİV

Agentliklər Daxili İşlər Nazirliyi tərəfindən SalamNews informasiya agentliyi və "İnteraz"da əməliyyat keçirildiyini, 7 nəfərin saxlanıldığını bildiriblər.
Sputnik
BAKI, 31 yanvar — Sputnik. Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.
APA-nın məlumatına görə, DİN tərəfindən əməliyyat keçirilən məkanlar arasında SalamNews informasiya agentliyi və “İnteraz” da var.
Haqqın.az-ın yazdığına görə, Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının İranın casus şəbəkəsinə qarşı həyata keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın rayonlarında 7 nəfər saxlanılıb. Saxlanılan şəxslər bunlardır: A.T. Kərimov, E.A. Rəhimov, İ.A. Ələkbərov, M.N. Cəfərov, G.G. Cabbarlı, F.S. Abdulov və A.A. Cümşüdov.
Qeyd edək ki, sözügedən informasiya vasitələri İranın siyasətinin təbliğatı ilə məşğul olub, daha çox İranın maraqlarından çıxış ediblər.
Əməliyyatla bağlı hələlik hər hansı rəsmi informasiya verilməyib.