BAKI, 30 yanvar - Sputnik. Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. Mərhumun xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yayılım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, səfirlik əməkdaşı Orxan Əsgərovun dəfn mərasimində DİN rəhbəri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev, DTX başçısı Əli Nağıyev iştirak edib.
Şəhid Orxan Əsgərovun dəfn mərasimi
© Sputnik / Zullfiye Guluyeva
***
II Şəhidlər Xiyabanında Tehrandakı səfirliyimizin həlak olmuş əməkdaşı Orxan Əsgərovun dəfninə hazırlıqlar gedir, hamı cənazənin gətirilməsini gözləyir. Sputnik Azərbaycan-ın müxbiri xəbər verir ki, II Şəhidlər Xiyabanında izdiham yaşanır. Xalq öz şəhidini son mənzilə yola salmaq üçün qürur yerimiz olan II Şəhidlər Xiyabanında toplaşıb.
Şəhid Orxan Əsgərovun dəfn mərasimi
© Sputnik / Zullfiye Guluyeva
Azərbaycanın İrandakı səfirliyi mərhumla vida mərasiminə əklil göndərib.
Şəhid Orxan Əsgərovun dəfn mərasimi
© Sputnik / Zullfiye Guluyeva
***
Səfirliyə hücum zamanı həka olmuş Şəhid Orxan Əsgərovun cənazəsi II Şəhidlər Xiyabanına aparılır.
***
Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı həka olmuş Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib. Orxan Əsgərov II Şəhidlər Xiyabanında dəfn ediləcək.
Şəhid Orxan Əsgərovla vida mərasimi
© Sputnik / Zullfiye Guluyeva
***
Şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərov oğlunun nəşini qarşılayır. Şəhidlə vida mərasiminə millət vəkilləri, dövlət xadimləri, Daxili İşlər Nazirliyinin əməkdaşları da qatılıb.
Şəhid Orxan Əsgərovla vida mərasimi
© Sputnik / Zullfiye Guluyeva
***
Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olmuş Mühafizə xidmətinin rəisi Orxan Əsgərovla vida mərasiminə hazırlıq aparılır.
Şəhidlə vida bu gün saat 11:30-da Yasamal rayonunda onun yaşadığı mənzilin qarşısında baş tutacaq. Orxan Əsgərov II Şəhidlər Xiyabanında dəfn ediləcək.
Şəhid Orxan Əsgərovla vida mərasimi
© Sputnik / Zullfiye Guluyeva
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb.
Onların vəziyyəti qənaətbəxşdir. Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.