AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyevin Macarıstana rəsmi səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. Dövlət başçısı yanvarın 30-da bir sıra rəsmi şəxslərlə görüşüb.
Sputnik
BAKI, 30 yanvar - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri yanvarın 30-da başa çatıb.
Azərtac xəbər verir ki, Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın iqtisadi inkişaf naziri Marton Nagy, Macarıstan Prezidenti Ofisinin rəhbəri Gergely Ekler və digər rəsmi şəxslər yola salıblar.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevMacarıstana rəsmi səfərə yanvarın 29-da gedib.