BAKI, 30 yanvar — Sputnik. Dünya bazarlarında neftin qiymətləri ucuzlaşıb. Hazırda "Brent" neftinin qiyməti 0,60% və ya 0,52 dollar azalaraq 86,14 dollar, "WTI" markalı neftin qiyməti 0,50% və ya 0,40 dollar azalaraq 79,28 dollar olub.
Ötən həftənin sonunda Azərbaycan neftinin qiyməti 1,03 dollar azalaraq 88,91 dollar təşkil edib.
İnvestorlar OPEC iclasını gözlədikləri bir zamanda neft qiymətləri aşağı düşüb. Onlar iclasda hansı qərarın qəbul ediləcəyini gözləyirlər və iclasın fevralın 1-də keçirilməsi planlaşdırılır.
Digər tərəfdən, qlobal bazarlarda bu həftə başda ABŞ Mərkəzi Bankı (FED) və Avropa Mərkəzi Bankı olmaqla mərkəzi bankların faiz qərarları izləniləcək.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.