PAYTAXT XƏBƏRLƏRİ

Bakıda gənc oğlan itkin düşüb

Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 29 yaşlı İslam Rəhimli 2022-ci il dekabrın 9-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.
Sputnik
BAKI, 30 yanvar — Sputnik. Bakıda 29 yaşlı gənc oğlan itkin düşüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 29 yaşlı İslam Rəhimli 2022-ci il dekabrın 9-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.
Məlumata görə, onun yaddaş pozğunluğu olması ehtimal edilir.
"Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi"nə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (055) 711-18-65 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.