AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan XİN Pakistana başsağlığı verib

Kamikadzenin bazar ertəsi saat 13.40 radələrində (GMT 11.40) namaz zamanı tərtdiyi partlayış nəticəsində məscidin damının uçduğu bildirilir.
Sputnik
BAKI, 30 yanvar - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
Bu barədə XİN-in Tviter hesabında paylaşım edilib.
"Pakistanın Pişəvər şəhərində məsciddə törədilən terror aktı xəbəri bizi şoka saldı və kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Pakistan İslam Respublikası ilə həmrəyik", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, məsciddəki partlayış bazar ertəsi saat 13.40 radələrində (GMT 11.40) namaz zamanı baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, məsciddə təxminən 120 nəfər olub, toplaşanların əksəriyyəti polis, ordu və istehkamçıların nümayəndələridir.
Partlayışı kamikadze törədib. Partlayış nəticəsində məscidin bir hissəsi uçub, bir sıra şahidlər binanın damının uçduğunu bildirir.