DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Apple" bütün gün ərzində taxıla bilən "ağıllı" eynəklər hazırlayacaq

Ekspert hesab edir ki, yeni eynəklərin ən maraqlı və problemli cəhəti onların yüksək qiymətidir.
Sputnik
BAKI, 30 yanvar — Sputnik. Artıq 2023-cü ildə "Apple" şirkəti ağıllı eynəklərinin ilk nəslini buraxacaq. Bu o deməkdir ki, yaxın aylarda bizi cihazla bağlı çox sayda müxtəlif məlumatlar gözləyir. Şirkət AR eynəklərini hər yerdə və gün ərzində taxıla bilən hala gətirməyə çalışır. Bunun sayəsində onlar təkcə smartfonu deyil, həm də noutbuku əvəz edə biləcəklər.
Bu barədə "Bloomberg"in tanınmış eksperti Mark Qurman məlumat verib.
Doğrudur, o qeyd edib ki, bu yanaşmanın tətbiqində əsas problem cihazın yüksək qiymətidir - onlar bunun üçün 3000 dollar istəyəcəklər. Həmçinin, eynəklərin məhdud avtonomluğu də işə kömək etmir.
Qeyd edək ki, "Apple", bazarda AR dəstinin mövcudluğunun ilk ilində qarşısına iddialı bir məqsəd qoyub. Şirkət 1 milyon yeni cihaz satmaq niyyətindədir ki, bu da yüksək qiymət və məhdud əhatə dairəsi nəzərə alınmaqla heç də asan məsələ deyil.
Xatırladaq ki, şirkətin smart eynəklərinin anonsu yayda, "WWDC 2023" konfransı çərçivəsində gözlənilir.