BAKI, 30 yanvar — Sputnik. ABŞ-ın Rusiyadakı yeni səfiri Linn Treysi xarici işlər nazirinin müavini Sergey Ryabkova etimadnaməsinin surətini təqdim edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Federasiyası yeni səfirdən öz fəaliyyətində Rusiya qanunlarına ciddi riayət etməyi və daxili işlərə qarışmamağı gözləyir.
Ryabkovla görüş zamanı Vaşinqtonun ciddi mənfi nəticələrlə dolu olan qarşıdurma kursunun əks-məhsuldarlığı yeni səfirin diqqətinə çatdırılıb.