BAKI, 29 yanvar - Sputnik. Rusiyanın Prezidenti Vladimir Putin Volqoqrad vilayətinə səfər edəcək.
Bu barədə “Moskva, Kreml, Putin” verilişinin jurnalisti Pavel Zarubin bildirib.
Prezidentin səfəri Stalinqrad döyüşündə qələbənin 80-ci ildönümünün qeyd edilməsinə təsadüf edəcək.
Zarubinin sözlərinə görə, dövlət başçısı yanvarın 30-dan fevralın 5-dək rayonda olacaq. Eyni zamanda, həftənin əvvəlində Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcəyi də gözlənilir (APA).
Qeyd edək ki, fevralın 2-də, Stalinqrad döyüşündə qələbənin 80-ci ildönümü günündə Volqoqradda hərbi parad, Mamayev Kurqan haqqında videoinstalyasiya, konsert və atəşfəşanlıq keçiriləcək.