BAKI, 29 yanvar -Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Avropa ölkələrinə səfər edərkən daha diqqətli olmağa çağırıb.
Bu barədə xəbərdarlıq Nazirliyin rəsmi saytında yer alıb. Xəbərdarlıq, xüsusən İsveç, Niderland və Danimarkada Türkiyə əleyhinə etirazların artmasından sonra edilib.
Bundan əlavə, rəsmi Ankara Avropada PKK terror qruplaşmasının tərəfdarlarının etiraz aksiyalarının sayının artmasına diqqət çəkib.
“Türkiyə Xarici İşlər Nazirliyi vətəndaşları ehtiyatlı olmağa və nümayiş keçirilən ərazilərdən uzaq durmağa çağırıb. Ksenofobiya və ya irqçiliyin təzahürü halında yerli hakimiyyət orqanlarına müraciət etmək tövsiyə olunur”.