DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Sonuncu terrorçu zərərsizləşdirilənə qədər Azərbaycanla birlikdə çalışacağıq - Hulusi Akar

Türk nazir deyib ki, sərhədlərin qorunması və terrorla mübarizənin reallaşması üçün dünyanın 19 fərqli yerində minlərlə əsgərlə regional və dünya sülhünə töhfə vermək üçün gecə-gündüz işləyirlər.
Sputnik
BAKI, 29 yanvar - Sputnik. "Azərbaycanlı qardaşlarımızla birgə regional və qlobal sülhə töhfə vermək üçün gecə-gündüz çalışmaqda davam edirik".
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
"Sərhədlərimizin qorunması və terrorla mübarizənin reallaşması üçün dünyanın 19 fərqli yerində minlərlə əsgərimizlə regional və dünya sülhünə töhfə vermək üçün gecə-gündüz işimizi davam etdiririk. Yeganə hədəfimiz terrorçulardır", - Akar bildirib.
Nazir qeyd edib ki, son terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcək (Report).