RUSİYA

Rusiya XİN: Rusiya ilə bağlı "tribunal" təklif edən Qərb, Kiyevin cinayətlərini görmür

Rusiya Federasiyası XİN-in bəyanatında bildirilib ki, bu cür yöndəmsiz taktikaların arxasında diqqəti etdiyi əməllərə görə məsuliyyətdən yayındırmaq üçün açıq bir cəhd görünür.
Sputnik
BAKI, 29 yanvar — Sputnik. Qərb Rusiyaya qarşı qeyri-qanuni "tribunal" ideyaları ilə tələsir. Lakin o, Kiyevin məhkəməsi haqqında danışmır. Bu isə diqqəti öz məsuliyyətindən və ikili standartlardan yayındırmaq cəhdidir.
Rusiya Xarici İşlər Nazirliyinin Novoaydar və Novaya Kaxovka xəstəxanalarının atəşə tutulması barədə bəyanatında belə deyilir.
Qərb ölkələri Kiyevlə birlikdə rus ordusunun Buça və İrpendə əslində mövcud olmayan, təxribat xarakterli səhnələşdirilmiş "cinayətlərini" ilə bağlı haray-həşir nümayiş etdiriblər. Lakin onlar Amerika, Britaniya, Fransa və Almaniya silahlarından dinc sakinləri öldürən nasist Kiyev rejiminin açıq-aşkar vəhşi hərəkətlərini inadla görmürlər.
Onlar Rusiyaya qarşı qeyri-qanuni "tribunal" yaratmaq ideyası ilə dolaşır, lakin Ukrayna rəhbərliyinin və hərbçilərinin açıq-aşkar gündəlik cinayətlərinə görə mühakimə olunmasının zəruriliyi barədə heç nə demirlər. Bu cür yöndəmsiz taktikaların arxasında diqqəti etdiyi əməllərə görə məsuliyyətdən yayındırmaq üçün açıq bir cəhd görünür", – deyə Rusiya Federasiyası XİN-in bəyanatında bildirilib.
Nazirlikdən bildirilib ki,"qərblilərin və Kiyevin bizim ünvanımıza qeyd olunan ittihamlara nə formal, nə də mənəvi haqları var".