BAKI, 29 yanvar - Sputnik. İranın şimal-qərbində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı 973-ə çatıb.
Bu barədə “Tasnim” fövqəladə hallar xidmətinin sözçüsü Moctaba Xalediyə istinadən xəbər verir.
Şənbə günü axşam İranın Qərbi Azərbaycan əyalətində, Xoy şəhəri yaxınlığında 5,9 bal gücündə güclü zəlzələ baş verib, 3 nəfər ölüb. Bundan əvvəl İran mediası 816 nəfərin zərər çəkdiyini bildirmişdi.
"Bu günə kimi Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində 973 nəfər xəsarət alıb. Onların hamısı Qərbi Azərbaycan əyalətindəki xəstəxanalara və tibb məntəqələrinə, 858 nəfəri isə Xoy şəhər xəstəxanasına göndərilib. Qalanları isə Selmas və Çaypara şəhərlərindəki xəstəxanalara göndərilib”, - məlumatda deyilir.