DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO Rusiya ilə birbaşa qarşıdurmaya hazırdır?

Admiral Rob Bauer NATO-nun Rusiya ilə birbaşa qarşıdurmaya hazır olub-olmadığı barədə suala cavab verib.
Sputnik
BAKI, 29 yanvar — Sputnik. NATO Rusiya ilə birbaşa qarşıdurmaya hazırdır.
Bunu alyansın hərbi komitəsinin sədri admiral Rob Bauer bildirib.
"Biz hazırıq" deyə Bauer Portuqaliyanın “RTP” telekanalına verdiyi müsahibədə NATO-nun Rusiya ilə birbaşa qarşıdurmaya hazır olub-olmadığı barədə suala cavab verib.
O əlavə edib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra alyans Macarıstan, Slovakiya, Bolqarıstan və Rumıniyaya əlavə qüvvələr göndərməklə NATO-nun şərq cinahını gücləndirmək qərarına gəlib.
"Düşünürəm ki, bu, mövqeyimizin dəyişdiyinə dair ruslara vacib bir siqnaldır: NATO – ya tərəf gəlmək fikirləri olarsa, onlara hazır olduğumuzu nümayiş etdirmək”, - deyə Bauer qeyd edib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.