BAKI, 29 yanvar — Sputnik. ABŞ və NATO Ukraynaya daha çox silah tədarük etmək üçün səy göstərməklə fəlakətli ssenariyə yaxınlaşırlar.
İranın “Press TV” telekanalı bu barədə xəbər verir.
Məqalədə qeyd edilir ki, ABŞ və onun NATO müttəfiqləri silah transferi ilə bağlı öz qırmızı xətlərini keçiblər. Qeyd etmək lazımdır ki, Vaşinqtonun Ukraynadakı rolu münaqişə başlayandan sonra artıb.
Bu baxımdan Ukrayna Silahlı Qüvvələrinin ABŞ və NATO tərəfindən dəstəklənməsi Moskvanın radikal addımlar atması üçün stimul yaradıb.
Bundan əvvəl ABŞ Prezidenti Co Baydenin administrasiyasının Ukraynaya 31 ədəd “M1 Abrams” tankı göndərəcəyi, hərbi maşınlar partiyasının ümumi dəyərinin 400 milyon dollar olduğu bildirilib. KİV-in məlumatına görə, Amerika tərəfi onları bir ildən tez olmayaraq Ukraynaya göndərə biləcək.