DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Ermənistanda qadınların hərbi xidmətə çağırılacağını təsdiqləyib

Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü olaraq orduya hərbi xidmətə çağırılması imkanlarının nəzərdən keçirildiyini bildirib.
Sputnik
BAKI, 28 yanvar. Ermənistanda qadınlar üçün könüllü hərbi xidmətin tətbiqi planlaşdırılır.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Yanvarın əvvəllərində Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü olaraq orduya hərbi xidmətə çağırılması imkanlarının nəzərdən keçirildiyini bildirib.
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bu barədə deyib:
“Yalnız onu təsdiq edə bilərəm ki, biz qadınlara könüllü olaraq hərbi xidmətə getmə imkanının verilməsi məsələsini müzakirə edirik”.
O, növbəti dəyişikliklərlə bağlı başqa məlumat verməyib. İndi Ermənistanda həqiqi hərbi xidmətə çağırış senzi 18-27 yaş, xidmət müddəti isə 24 aydır.
Qeyd edək ki, daha öncə ölkənin müdafiə nazirinin müavini Arman Sarkisyan qadınların hərbi xidmətə qəbulu ilə bağlı qanun layihəsinin hazırlandığını bildirmişdi.