BAKI, 28 yanvar - Sputnik. Bu gün saat 22:15-də Naxçıvan MR-da zəlzələ qeydə alınıb.
Zəlzələ daha çox Naxçıvan şəhərində hiss edilib. Yeraltı təkanlar təxminən 7 saniyə davam edib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, maqnitudası 6,2 olan zəlzələnin dərinliyi 10 km olub. Zəlzələ Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bəyan edib ki, baş verən zəlzələ hər hansı dağıntı və tələfat törətməyib.