SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Misir prezidenti Bakıdan İrəvana gedib

Ermənistana ilk dəfə səfər edən Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin erməni həmkarı Vaaqn Xaçaturyanla görüşü gözlənilir.
Sputnik
BAKI, 28 yanvar - Sputnik. Misir Prezidenti Əbdülfəttah Əs-Sisi İrəvanda səfərdədir.
Sputnik Ermənistan-ın yazdığına görə, bu, Misir dövlət başçısının Ermənistana ilk səfəridir.
Onun erməni həmkarı Vaaqn Xaçaturyanla görüşü gözlənilir.
Qeyd edək ki, Əbdülfəttah Əs-Sisi İrəvana Bakıdan gedib. O, yanvarın 27-28-də Azərbaycanda səfərdə olub.
Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin təkbətək və geniş tərkibdə görüşü keçirilib. Prezidentlər görüşdən sonra mətbuata bəyanatlar veriblər.
Səfər zamanı iki ölkə arasında mühüm sənədlər imzalanıb. Onun şərəfinə verilən nahardan sonra Əs-Sisi Ermənistana yola düşüb.