SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Leyla Abdullayeva Fransa parlamentinin komitə sədri ilə nə danışıb?

Azərbaycanın Fransadakı səfiri Kristian Kambon ilə görüşdən sonra bildirib ki, regionumuzda davamlı sülhün bərqərar olması zərurətdir.
Sputnik
BAKI, 28 yanvar - Sputnik. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin parlamentinin xarici işlər, müdafiə və təhlükəsizlik komitəsinin sədri Kristian Kambon ilə görüşüb.
Bu barədə diplomat özünün Twitter səhifəsində yazıb.
L.Abdullayeva K.Kambo ilə ikitərəfli və regional məsələlər üzrə çox maraqlı və faydalı müzakirə apardığını qeyd edib:
“Regionda davamlı sülhün bərqərar olması zərurətdir”.
Xatırladaq ki, yanvarın 14-də Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib.