CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronda hava dəyişkən buludlu olacaq

Bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir, bəzi yerlərdə isə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.
Sputnik
BAKI, 28 yanvar — Sputnik. Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu 7-10° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu 7-11° isti, dağlarda 0-5° şaxta olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.