BAKI, 27 yanvar — Sputnik. Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.
Trend-in məlumatına görə, silahlı hücum zamanı Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı həlak olub.
APA-nın diplomatik kanallar vasitəsilə əldə etdiyi məlumata görə, hücum edən şəxs saxlanılıb.
İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.