HADİSƏ

Səfirliyimizə xain hücumun görüntüləri yayıldı

Görüntülərdə səfirliyin əməkdaşının qəhramancasına sui-qəsdçinin üzərinə atılaraq onu zərərsizləşdirməyə çalışması görünür.
Sputnik
BAKI, 27 yanvar — Sputnik. Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Səfərliyin daxili kameraları hücum anını qeydə alıb. Görüntülərdə səfirliyin əməkdaşının qəhramancasına sui-qəsdçinin üzərinə atılaraq onu zərərsizləşdirməyə çalışması görünür.
Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.