BAKI, 27 yanvar - Sputnik. Rusiyanın Azərbaycandakı səfirliyi Azərbaycanın Tehrandakı diplomatik nümayəndəliyinə silahlı basqınla bağlı başsağlığı verib.
Səfirliyin Telegram qanalında yayılmış müraciətdə deyilir:
"Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum və Orxan Rizvan oğlu Əsgərovun mühafizə xidmətinin əməkdaşının ölümü ilə nəticələnən hücum xəbəri bizi məyus edib.Azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq".
Daha sonra Səfirlik bu faciəvi hadisənin hərtərəfli araşdırılacağına və günahkarların cəzalandırılacağına ümid ifadə olunub.
Qeyd edək ki, Rusiyanın Xarici İşlər nazirliyi bəyan edib ki, Moskva Azərbaycanın İrandakı səfirliyinə hücuma görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasını gözləyir.
“Biz Tehrandakı Azərbaycan səfirliyinə hücumla əlaqədar Azərbaycan tərəfinə dərin hüznlə başsağlığı veririk. Daxil olan məlumata görə, bu gün səhər saatlarında avtomatla silahlanmış şəxs diplomatik nümayəndəliyin binasına daxil olaraq atəş açıb. Nəticədə Azərbaycan diplomatik missiyasının bir əməkdaşı həlak olub, onun daha iki həmkarı yaralanıb. Hücum edən şəxs Tehran polisi tərəfindən saxlanılıb, araşdırma aparılır. Ümid edirik ki, bütün günahkarlar məsuliyyətə cəlb olunacaqlar”, - bu barədə nazirliyin saytındakı şərhdə bildirilir.
“Hadisə 1961-ci il 18 aprel tarixli Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliklərin diplomatik nümayəndəliklərin təhlükəsiz fəaliyyətinin qəbul edən dövlətin hakimiyyət orqanları tərəfindən təmin edilməsinin vacibliyini bir daha təsdiqləyir”, - deyə diplomatik departamentdən bildirilib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.