RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

NATO Rusiya ilə qarşıdurmada tam gücü ilə iştirak edir - Rusiya XİN

NATO ölkələrinin vətəndaşları bilməlidirlər ki, onların bloku ölkəmizlə qarşıdurmada tamamilə iştirak edir və bu qarşıdurma artmaqdadır.
Sputnik
BAKI, 27 yanvar — Sputnik. NATO Rusiya ilə qarşıdurmada tam iştirak edir və bu, artmaqdadır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"NATO ölkələrinin vətəndaşları bilməlidirlər ki, onların bloku ölkəmizlə qarşıdurmada tamamilə iştirak edir və bu qarşıdurma artmaqdadır", - Zaxarova cümə günü brifinqdə Almaniyanın xarici işlər naziri Annalena Berbokun və NATO baş katibinin bəyanatlarını şərh edərkən deyib.
Almaniyanın xarici işlər naziri Annalena Berbok AŞPA-nın yanvarın 24-də keçirilən iclasında Avropa ölkələrinin Rusiyaya qarşı müharibə apardığını deyib və Avropa dövlətlərini Ukrayna üçün birlikdə daha çox iş görməyə, günahkarı öz aralarında axtarmamağa çağırıb. Eyni zamanda Almaniya Xarici İşlər Nazirliyi onun bəyanatı ilə bağlı bildirib ki, Ukraynaya dəstək Almaniyanı münaqişə tərəflərindən birinə çevirmir.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bəyan etmişdi ki, alyans Ukraynadakı münaqişənin tərəfi deyil və olmayacaq, ora qoşun və təyyarə göndərmir.
Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır". Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynaya Qərbdən silahların göndərilməsi Rusiya-Ukrayna danışıqlarına kömək etmir və buna mənfi təsir göstərəcək.
Lavrov bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə birbaşa iştirak edir.