RUSİYA

Moskva Latviya səfirinə 2 həftə ərzində Rusiyanı tərk etməyi əmr edib - Rusiya XİN

Yanvarın 27-də Latviyanın müvəqqəti işlər vəkili Riqanın Rusiya-Latviya diplomatik münasibətlərinin səviyyəsini aşağı salmaq qərarı ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Sputnik
BAKI, 27 yanvar - Sputnik. Rəsmi Moskva Rusiya-Latviya münasibətlərinin səviyyəsinin aşağı düşməsi ilə bağlı Riqaya etiraz edib və Latviyanın səfiri Maris Riekstinsə iki həftə ərzində Rusiyanı tərk etməyi əmr edib. Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, yanvarın 27-də Rusiya Xarici İşlər Nazirliyi Latviyanın müvəqqəti işlər vəkilini (MİV) Riqanın Rusiya-Latviya diplomatik münasibətlərinin səviyyəsini aşağı salmaq qərarı ilə əlaqədar çağırıb.

"Rusiya tərəfi kəskin etirazını bildirib. Vurğulanıb ki, digər Baltikyanı ölkələrlə bir növ "həmrəyliyə" istinad etməklə bu addımın əsaslandırılması qəbul edilmir. Onların arasında “həmrəylik” ancaq başqa bir şeydə - ümumilikdə rusofobiyada və ABŞ və bəzi digər ölkələr tərəfindən bizə dost olmayan Rusiyaya qarşı düşmən addımların təşəbbüskarı olmaq istəyindədir”, - deyə nazirlikdən bildirilib.

“Eyni zamanda, Latviya MİV-ə bildirilib ki, fundamental qərar qəbul edilən kimi biz səfirlərin öz missiyalarını başa çatdırması üçün Riqanın qeyd etdiyi tarixi (24 fevral - red.) gözləməyi lazım görmürük. Latviya səfiri Riekstins iki həftə ərzində Rusiya Federasiyasını tərk etməyi əmr edib”, - deyə Nazirliyin məlumatına bildirilir.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi mövcud vəziyyətə görə bütün məsuliyyətin Latviyanın dövlət rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.