AZƏRBAYCAN XƏBƏRLƏRİ

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana səfərə gəlib

Azərbaycanın və Misirin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Sputnik
BAKI, 27 yanvar — Sputnik. Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-də Azərbaycan Respublikasına səfərə gəlib.
Azərbaycanın və Misirin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Misir Prezidenti Əbdülfəttah Əs-Sisini hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar (azertac).
Qeyd edək ki, ötən il ölkələrarası diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub. Bununla əlaqədar olaraq ötən il ölkə başçısı İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə Misirin milli bayramı – İnqilab Günü münasibətilə ünvanladığı məktubda ölkələrimiz arasındakı əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu bildirib.