BAKI, 27 yanvar — Sputnik. Zərgərlik sənayesində kölgə iqtisadiyyatı ilə mübarizə tədbirləri və təşviq mexanizmlərinin tətbiqi müsbət nəticələrə yol açıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında məlumat paylaşıb.
Nazir paylaşımında bildirib ki, 2022-ci ildə qızıl və gümüşdən hazırlanmış zərgərlik məmulatlarının ölkədaxili dövriyyəsi 2021-ci illə müqayisədə 42 faiz artaraq 152 milyon 835 min manat olub.
Onun sözlərinə görə, son iki ildə zərgərlik bazarı üzrə dövriyyə 378 faiz artıb.