Cümə günü yerli vaxtla saat 8.30-da Azərbaycanın Tehrandakı səfirliyinə hücum edilib. Hücumçu səfirliyin binasına soxulub və Kalaşnikov avtomatından səfirliyin mühafizəçilərinə atəş açıb.
Hadisə nəticəsində mühafizə rəisi həlak olub, onun iki həmkarı yaralanıb.
Sonuncunun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. İran polisi Azərbaycanın diplomatik missiyasına hücumda şübhəli bilinən şəxsin həbs edildiyini açıqlayıb.