BAKI, 26 yanvar — Sputnik. "İsveç artıq radikallığı seçibsə, İslama qarşı çıxırsa, bu, onun öz işidir".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyəyə nəyisə izah etməyə ehtiyac yoxdur: "İsveç NATO-ya üzv olmağı istəyib-istəmədiyini konkretləşdirməlidir. Ümumiyyətlə, İsveçdəki hadisənin məqsədi bu ölkənin Alyansa üzvlüyünə mane olmaqdır".
M.Çavuşoğlu hesab edir ki, İsveçin NATO-ya üzvlük yoluna mina düzülür: "Belə olan halda Finlandiyanın da iştirakı ilə üçtərəfli görüş nəticə verməz".
Onun sözlərinə görə, Avropada İslamafobiya getdikcə artır: "Qərb dəyərlərini məhv edən də əslində elə budur. Quranın yandırılmasının fikir azadlığına heç bir aidiyyatı yoxdur. Quranın yandırılmasını müdafiə edənlər də bu adıma ortaq olur. Yəni İsveç hökuməti də məsuliyyət daşıyır".