BAKI, 26 yanvar — Sputnik. Rusiya Federasiyası, Cənubi Afrika Respublikası və Çinin planlaşdırılan birgə hərbi dəniz təlimləri Qərbin qəzəbinə səbəb olub.
Fransanın "L'Opinion" qəzeti bu barədə yazır.
"Qərb hiddətlənib. O, bunu Ukraynada münaqişə başlayandan bəri keçən ilin təhdidi və simvolu kimi görür", - deyə məqalədə qeyd olunub.
Nəşr qeyd edir ki, təlimlər "karbohidrogenlərin tədarükü üçün strateji nöqtə" olan Mozambik boğazı yaxınlığında keçiriləcək.
Məqalədə Rusiyanın Afrikada təsirinin güclənməsindən bəhs edilir. Qəzet təlimlərdə iştirak edən Cənubi Afrikanı Rusiya Federasiyasının əsl müttəfiqi adlandırıb. Məqalədə qeyd edildiyi kimi, Ukrayna münaqişəsi başlayandan sonra Pretoriya ABŞ və Aİ-nin təzyiqlərinə baxmayaraq, Moskva ilə əməkdaşlığı dayandırmayıb.
Xatırladaq ki, Rusiya Federasiyası, Cənubi Afrika Respublikası və Çin fevralın 17-27-də Hind okeanında birgə təlimlər keçirəcək. Əvvəllər xəbər verildiyi kimi, Rusiyanın "Admiral Qorşkov" freqatı təlimlərdə iştirak edəcək.