BAKI, 26 yanvar — Sputnik. ABŞ və NATO Ukraynadakı münaqişənin tərəfinə çevriliblər və hətta onun qaynar fazası başa çatdıqdan sonra da Rusiyaya qarşı proksi müharibəni dayandırmaq niyyətində deyillər. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"Ukraynada xüsusi hərbi əməliyyatın gedişi göstərir ki, ABŞ və NATO bu hərbi münaqişəni aradan qaldırmaq üçün səylərini davam etdirmək niyyətində deyillər və onun iştirakçısına çevriliblər", - o deyib.
Patruşev qeyd edib ki, "Ukraynada münaqişənin qaynar mərhələsi başa çatsa belə, anqlo-sakson dünyası Rusiya və onun müttəfiqlərinə qarşı proksi müharibəni dayandırmayacaq".
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının nümayəndəsi əmindir ki, Ukrayna hadisələri ABŞ-ın Rusiya Federasiyasına qarşı hibrid müharibəyə uzun illər hazırlığının nəticəsidir: "XXI əsrdə Kiyevdəki nasist marionet rejimindən istifadə edərək kollektiv Qərb Rusiyaya qarşı kampaniya aparır", - Patruşev bildirib.
Onun sözlərinə görə, Ukraynada bugünkü hadisələr ABŞ-ın Rusiyaya qarşı hibrid müharibəyə uzun illər hazırlığının və çoxqütblü dünyanın formalaşmasının qarşısını almaq cəhdinin nəticəsidir.