AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident İlham Əliyev Fərman imzaladı: siyahı hazırlanacaq

Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilər üzrə idxalı gömrük rüsumlarından azad edilən iqtisadi fəaliyyət sahələrinin siyahısını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Sputnik
BAKI, 26 yanvar — Sputnik. İşğaldan azad edilmiş ərazilər üzrə idxalı gömrük rüsumlarından azad edilən iqtisadi fəaliyyət sahələrinin siyahısı hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilər üzrə idxalı gömrük rüsumlarından azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Prezident İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul edib