BAKI, 26 yanvar — Sputnik. Kreml Kiyevə tankların tədarükü ilə əlaqədar xüsusi hərbi əməliyyatın statusunun dəyişdirilməsi məsələsini müzakirə etmir.
Bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bizim gündəmimizdə belə bir mövzu yoxdur", - deyə Kreml sözçüsü bildirib.
Yanvarın 25-də Ağ Ev ABŞ-ın Ukraynaya 31 ədəd "M1 Abrams" tankı təhvil verəcəyini təsdiqləyib. Bundan əvvəl Almaniya hakimiyyəti Ukraynaya 14 ədəd "Leopard 2" tankı göndərəcəklərini açıqlamışdı.
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskinin bir qədər əvvəl qeyd etdiyi kimi, Qərbin Kiyevə çoxlu sayda silah ötürməsi XHƏ-nin nəticələrini kökündən dəyişməyəcək, əksinə, eskalasiya təhlükəsi yaradır. Diplomat qeyd edib ki, Qərb Ukraynada hələlik bütün "qırmızı xətləri" keçməyib.