BAKI, 26 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Ukraynada Rusiyanın maraqlarını qorumaq üçün xüsusi hərbi əməliyyat keçirmək qərarına görə ABŞ çətin vəziyyətə düşüb.
Bu fikri Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor özünün "YouTube" kanalında bildirib.
Onun sözlərinə görə, Qərb Rusiya liderinin vaxtında və savadlı addımları sayəsində Moskvanı iqtisadi cəhətdən təcrid edə və ona strateji məğlubiyyət verə bilməyib.
Makqreqor, onu da əlavə edib ki, rus ordusu cənubda öz mövqelərini tədricən gücləndirir və bu, sonda Ukrayna təhlükəsizlik qüvvələrinin böyük itkilərinə səbəb olub.
Bundan əvvəl o, bildirib ki, ABŞ Ukraynanın məğlubiyyətinin yaxınlığını anlayır və buna görə də Avropadakı müttəfiqlərini Ukraynanı daha çox hərbi texnika ilə təchiz etməyə çağırır. "Kiyev qaçılmaz olaraq məğlubiyyətə doğru irəliləyir. Amerika isteblişmenti isə "bu əzabın necə uzadılacağını" anlamağa çalışır", - deyə o qeyd edib.