BAKI, 26 yanvar — Sputnik. Ukraynadakı münaqişə ABŞ-ın uzun illər Rusiyaya qarşı hibrid müharibəyə hazırlığının nəticəsi idi. Hazırda Qərb "Rusiyaya qarşı yürüş" aparır və bunun üçün Kiyev rejimindən istifadə edir.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
Onun fikrincə, ABŞ və NATO Ukraynadakı münaqişənin iştirakçılarına çevriliblər. Lakn isti faza bitdikdən sonra belə, onlar Rusiya və onun müttəfiqlərinə qarşı proksi müharibəni dayandırmayacaqlar, - deyə "TASS" Patruşevdən sitat gətirib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ilə Qərb arasında münaqişə artıq hibrid deyil, demək olar ki, realdır. Onun sözlərinə görə, bunu Qərb rusların hər şeyini məhv etmək üçün hazırlayıb.
Ölkənin BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanskinin sözlərinə görə, ABŞ Rusiyaya strateji məğlubiyyət vermək istəyini birmənalı şəkildə bəyan edib. Onun sözlərinə görə, qırmızı xətlərlə bağlı müzakirələr artıq keçmişdə qalıb.