DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hindistanın Rusiyadan gübrə və yanacaq tədarükünə ehtiyacı var

Pramod Kumar Sayqal bildirib ki, Hindistanın ərzaq və enerji təhlükəsizliyini, üstəlik, gübrə tədarükünü təmin etmək üçün Rusiya və onun qlobal iqtisadiyyatda tam iştirakı lazımdır.
Sputnik
BAKI, 26 yanvar — Sputnik. Hindistanın ərzaq və enerji təhlükəsizliyini qorumaq üçün Rusiyanın gübrə və yanacağa ehtiyacı var.
Bunu Hindistanın hərbi veteranı, müdafiə və təhlükəsizlik üzrə aparıcı ekspert, istefada olan general-mayor Pramod Kumar Sayqal bildirib.
"Ərzaq və enerji təhlükəsizliyini, üstəlik, gübrə tədarükünü təmin etmək lazımdır. Bütün bunlar üçün isə Rusiya və onun qlobal iqtisadiyyatda tam iştirakı lazımdır", - deyə o, -"Rossiya seqodnya" media qrupunun mətbuat mərkəzində, Rusiya-Hindistan əlaqələrinin hazırkı vəziyyəti ilə bağlı Moskva-Dehli videokonfransı zamanı söyləyib.
"Biz Rusiyadan gübrə almağa davam etməliyik və bu, ölkəmizin ərzaq təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir", - deyə o əlavə edib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modi ilə danışıqlarda Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsinin artdığını, Rusiyadan bu ölkəyə gübrələrin tədarükünün 8 dəfədən çox artdığını bildirib. Modi, öz növbəsində, qida, yanacaq təhlükəsizliyi və gübrə ilə bağlı problemlərin həlli yollarını tapmağa çağırıb.